ÖZ XƏBƏR

Memarlıq və İnşaat Universitetində 93 min manatlıq satınalma dayadırıldı

Azərbaycan Memarlıq və İnşaat Universiteti “Moodle proqram təminatına servis xidmətinin təşkili” üzrə elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, satınalma tələb olunan sayda təchizatçı təklif vermədiyi üçün – yəni təklif və təminat təqdim edən, zəruri halda lisenziyaya malik şirkətlərin sayı üçdən az olduğundan (Qanunun 36.1.1-ci maddəsi) keçirilməyib.

Layihənin ehtimal olunan dəyəri 93.000 manat təşkil edirdi.

Satınalma Moodle sisteminin universitetdə tədris prosesinin tam avtomatlaşdırılması üçün nəzərdə tutulurdu. Texniki tapşırıq aşağıdakı istiqamətləri əhatə edirdi:

  • Tədris prosesinin idarə edilməsi və semestr imtahanlarının kompüterləşdirilməsi;

  • Server administrator xidməti və məlumatların mütəmadi bekap olunması;

  • İmtahan portalının yaradılması və idarə olunması;

  • Test tapşırıqlarının sistemə yığılması və imtahanların təşkil edilməsi;

  • Tələbələrin semestr qiymətlərinin sistemə yüklənməsi və ümumi qiymət cədvəlinin formalaşdırılması;

  • Statistik hesabatların hazırlanması;

  • Elektron jurnalın avtomatlaşdırılması;

  • Transkript, akademik borc arayışları və fərdi tədris planlarının avtomatlaşdırılması;

  • ÜOMG-nin hesablanması və təqaüd bölgüsünün sistemləşdirilməsi;

  • Ödənişli təhsil alan tələbələr üçün ödəniş hesabatlarının avtomatlaşdırılması.

Qeyd edək ki, tender 12 aylıq xidmətləri əhatə etməli idi.

Ayaz

Oxşar Xəbərlər