ÖZ XƏBƏR
Neyrocərrahiyyə Xəstəxanası 94 min manatlıq mühafizə xidməti alır
Respublika Neyrocərrahiyyə Xəstəxanası publik hüquqi şəxs əsas binanın təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə xidməti satınalması elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 94.000 manatdır.
Texniki tapşırığa əsasən, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 4 ünvanında yerləşən xəstəxananın əsas binasında 5 mühafizə postu təşkil olunacaq. Təhlükəsizlik işi üçün 8 nəfərlik heyətin 24 saat fəaliyyət göstərməsi nəzərdə tutulur.
Xidmət müddəti 12 ay olacaq.
Qeyd edək ki, satınalma xəstəxananın fasiləsiz təhlükəsizlik təminatı üçün həyata keçirilir.
Ayaz