ÖZ XƏBƏR
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi 97 min manatlıq avadanlıq alır
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi maşın avadanlıqlarının (kompüter, printer, proyektor, tikiş maşını, elektrik piltə və s.) satın alınması üzrə tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “Halal-P” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və müqavilənin məbləği 97.358,26 manat təşkil edir.
Tender çərçivəsində yüksək təzyiqli yuyucu aparat, müxtəlif növ kondisionerlər, interaktiv lövhə, düymə tikən və tikiş maşınları, proyektor, printer, monoblok kompüterlər, 6 gözlü elektrik peçi, naxış tikən maşın, professional masalı ütü, parça kəsən və digər texniki avadanlıqlar alınacaq. Bütün avadanlıqların ölçüləri, gücü, funksionallığı və quraşdırılması ilə bağlı texniki spesifikasiyalar tender sənədlərində əks olunub.
Ayaz