ÖZ XƏBƏR
Oğuzda subartezian quyularının avadanlıqları üçün 13 minlik satınalma
Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi subartezian quyularında istifadə olunan hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyat hissələrinin alınması məqsədilə keçirdiyi tenderin qalibi ilə müqavilə bağlayıb.
32gun.az xəbər verir ki, qalib şirkət “AHORA” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tərəflər arasında 13.907,79 AZN dəyərində müqavilə bağlanıb.
Ayaz