ÖZ XƏBƏR

Köhnə dostu, yeni qudasını "coca-cola" satmaqdan müşavirliyə transfer edən Zaur Mikayov ADSEA-ya avtomobil alır - Günel Rüstəmovanın şirkətindən

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti iki ədəd xidməti nəqliyyat vasitəsinin alınması üçün keçirdiyi tenderin qalibini müəyyənləşdirib.

32gun.az xəbər verir ki, satınalma prosedurunun nəticəsinə əsasən, “ERRGU Trade” MMC ilə ümumi dəyəri 88.966 AZN olan müqavilənin imzalanacağı gözlənilir.

Texniki tapşırığa görə, alınacaq avtomobillər 2025-ci il istehsalı, ağ rəngli, sedan tipli, Aİ-92 benzinlə işləyən, minimum 1.8 hybrid mühərrikə malik olmalıdır. Maşınların variator transmissiya, ön ötürücü, elektron panel, lyuk, distronik, açarsız giriş, təhlükəsizlik yastıqları, lane-keep asist, pre-crash sistemi, LED faralar, dəri salon, 8 düymlük monitor və digər komfort-təhlükəsizlik funksiyaları ilə təchiz edilməsi tələb olunur. Hər bir avtomobilə 50 min km və ya 1 il zəmanət nəzərdə tutulub.

Tenderin qalibi olan “ERRGU Trade” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Günel Rüstəmova Telman qızıdır.

Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. 

Bir müddət öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi.

ADSEA rəhbəri Zaur Mikayılovun kadr siyasəti ilə bağlı əvvəllər də “qohumbazlıq” iddiaları gündəmə gəlib.

Həmçinin bildirmişdik ki, Boğaziçi Universitetində birgə təhsil aldığı dostu Əsəd Şirinovu əvvəl müşavir, daha sonra isə “quda statusu”na yüksələn əsas fiqurlardan birinə çevirib. Ə.Şirinov bundan öncə isə əvvəllər “Coca-Cola” şirkətində Azərbaycan və Qazaxıstan üzrə əməliyyatlar meneceri, eləcə də Qafqaz regionu üzrə menecer vəzifələrində çalışıb.

Digər qudası Fuad Quliyevin də paralel şəkildə aparat rəhbəri postuna gətirilməsi bu iddiaları daha da gücləndirib.  

Ayaz

Oxşar Xəbərlər