Seysmologiya Mərkəzi 62 minlik "alış-veriş" - Saplı dırmıx, divar saatı, Duş başlığı və.s
Seysmologiya Mərkəzi 62 minlik təsərrüfat və dəftərxana malları alır – Qalib “NUR-E.A.” MMC oldu
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi təsərrüfat və dəftərxana mallarının alınması üçün keçirilən satınalmaya yekun vurub. 32gun.az xəbər verir ki, tenderin qalibi “NUR-E.A.” MMC seçilib. Müqavilənin ümumi dəyəri 62.500,47 manat təşkil edir.
Sifariş çərçivəsində həm təsərrüfat, həm də ofis avadanlıqları olmaqla geniş çeşidli mallar əldə ediləcək. Siyahıya aşağıdakılar daxildir:
Operativ yaddaş (RAM)
Antivirus təminatı
Kartriclər (Canon 712, CE 285A, CE 740A)
Saplı dırmıx
Z qatlanan salfet üçün dispenser
Divar saatı
Döşəmə silmək üçün 40 sm və 50 sm-lik taxılma əski
750 ml döşəmə təmizləyici maye
330 ml duru sabun
4.5 litrlik duru sabun
Xüsusi maye sabun
Duş başlığı
və digər təsərrüfat ləvazimatları
Seysmologiya Mərkəzinin bu satınalması qurumun həm ofis ehtiyaclarının, həm də ekspedisiya və sahə bölmələrinin təsərrüfat təminatının yenilənməsi məqsədi daşıyır.
Nilay