ÖZ XƏBƏR

MTV Abadlaşdırma İdarəsi 43 min manatlıq təsərrüfat və dəftərxana ləvazimatı alır

Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi mal-materialların və dəftərxana ləvazimatlarının alınması üçün yeni satınalma elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 43.128,45 manat təşkil edir.

Satınalma çərçivəsində idarə sement, kafel-metlax yapışdırıcısı, qum, emulsiya, binder, 20-lik valik, 10-luq və 6-lıq şotkalar, 25-lik, 20-lik və 10-luq şpakellər, mala, tyorka, araba, qeydiyyat kağızı və digər abadlıq və təsərrüfat işlərində istifadə olunan ləvazimatları alacaq.  

AYaz

Oxşar Xəbərlər