ÖZ XƏBƏR

Ulu Öndərin Karizmatik FOTOSU könüllüləri yenidən FƏTH ETDİ

Azərbaycanın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin yüksək liderlik ruhunu və təmkinli karizmasını əks etdirən  bir fotoşəkili sosial şəbəkələrdə geniş marağa səbəb olub.

32gun.az xəbər verir ki, bu fotoşəkil yayıldığı andan etibarən minlərlə istifadəçi tərəfindən sürətlə paylaşılıb.

Fotoşəkildə Ulu Öndər əlinə söykənən duruşu və inamlı baxışları ilə təsvir edilib, bu da onun qətiyyətli və uzaqgörən dövlət xadimi obrazını bir daha gücləndirir. Onun rahat, lakin qətiyyətli oturma tərzi daxili gücünü nümayiş etdirir, üzündəki yüngül təbəssüm və düşüncəli baxış isə onun zəkasını və diplomatik bacarığını çatdırır. Klassik kostyum və qalstuk isə Ulu Öndərin hər zaman fərqləndiyi zövqlü və rəsmi stilini vurğulamaqdadır.

Sosial media istifadəçiləri bu şəkli görərkən "Liderlik Dərsi," "Əbədi Öndər" və "Bənzərsiz Karizma" kimi şərhlərlə müşayiət edərək, Heydər Əliyevə olan dərin hörmət və ehtiramlarını ifadə ediblər. Qısa müddətdə minlərlə bəyənmə və paylaşım toplayan bu fotoşəkil, Ulu Öndərin xatirəsinin Azərbaycan xalqı üçün hələ də nə qədər əziz olduğunu bir daha sübut edir. Heydər Əliyevin bu karizmatik fotosunun yayılması, onun siyasi irsinin və şəxsiyyətinin Azərbaycan cəmiyyətində hələ də necə böyük təsirə malik olduğunu aydın göstərir.

Nilay

Oxşar Xəbərlər