ÖZ XƏBƏR

AMEA 2026-cı il üçün mühafizə xidmətinə 493 min manat ayırır

Azərbaycan Milli Elmlər Akademiyası 2026-cı il üzrə mühafizə xidmətlərinin satın alınması ilə bağlı tender elan edib. Satınalmanın ehtimal olunan dəyəri 493.327,89 AZN təşkil edir.

32gun.az xəbər verir ki,  mühafizə xidməti Akademiyanın müxtəlif obyektlərini – Akademiya şəhərciyini, Mərkəzi Elmi Kitabxananı və yataqxananı əhatə edəcək. Təqdim olunan texniki tapşırıqda hər bir istiqamət üzrə tələb olunan personal sayı da göstərilib. 

Hesabata əsasən:

  • Xidmət rəisi – 1 nəfər (12 aylıq)

  • Növbə rəisi – Akademiya şəhərciyi üzrə 2 nəfər

  • Növbə rəisi – Mərkəzi Elmi Kitabxana üzrə 1 nəfər

  • Növbə rəisi – AMEA Yataqxanası üzrə 1 nəfər

  • Mühafizəçi – Akademiya şəhərciyi üzrə 29 nəfər

  • Mühafizəçi – Mərkəzi Elmi Kitabxana üzrə 17 nəfər

  • Mühafizəçi – AMEA Yataqxanası üzrə 3 nəfər

  • Patrul əməkdaşı – Akademiya şəhərciyi üzrə 2 nəfər

  • Patrul əməkdaşı – AMEA Yataqxanası üzrə 1 nəfər

Ümumilikdə 57 nəfərlik mühafizə heyətinin illik təminatı nəzərdə tutulur.

AMEA-nın bu xidmətləri kimin vasitəsilə alacağı və müqavilənin dəqiq məbləği isə müsabiqə başa çatdıqdan sonra bəlli olacaq. 32gun.az tender prosesini izləməkdə davam edir.

Ayaz

Oxşar Xəbərlər