ÖZ XƏBƏR

Sabunçu Tibb Mərkəzi modul tipli xəstəxananın texniki servis xidmətinə 263 min manat ayırır

Sabunçu Tibb Mərkəzi modul tipli xəstəxanada enerji, oksigen, elektrik və havalandırma sistemlərinin texniki baxış və servis xidmətlərinin göstərilməsi ilə bağlı yeni satınalma elan edib.

32gun.az xəbər verir ki,  satınalmanın ehtimal olunan dəyəri 263.772,20 AZN təşkil edir.

Texniki tapşırığa əsasən xidmət aşağıdakı sahələri əhatə edir:

  • Enerji təchizatı avadanlıqlarının yoxlanılması və sazlanması

  • Oksigen sistemi və əlaqəli təchizatın texniki baxışı

  • Elektrik xətlərinin və işıqlandırma avadanlıqlarının diaqnostikası

  • İstilik sistemi üzrə profilaktik və təmir xidmətləri

  • Havalandırma və ventilasiya qurğularının texniki servisi

Modul tipli xəstəxanalar pandemiya dövründə qurulduğu üçün həmin obyektlərin mütəmadi texniki nəzarət və təhlükəsizlik standartlarına uyğun işləməsi xüsusi əhəmiyyət kəsb edir.

Hazırda satınalma proseduru davam edir və xidmətin kim tərəfindən icra olunacağı müsabiqənin nəticəsindən sonra məlum olacaq. 

Nilay

Oxşar Xəbərlər