ÖZ XƏBƏR
Yardımlı Mərkəzi Xəstəxanasının milyonluq olmayan tenderi ləğv edildi
"Yardımlı Rayon Mərkəzi Xəstəxanası" PHŞ müxtəlif təyinatlı malların və digər avadanlıqların satınalınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan məbləği 43.680,65 AZN idi.
Lakin müsabiqə təchizatçı sayı ilə bağlı problemə görə qüvvədən düşüb. Rəsmi açıqlamaya əsasən, satınalma prosedurunda iştirak etmək üçün təklif və təminat təqdim edən, tələb olunan lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğu üçün (Qanun – 36.1.1) tender ləğv edilib.
Ləğv edilmə səbəbi isə sənəddə qısa şəkildə belə qeyd olunub: “Yetərsay olmadığı üçün.”
Hazırda satınalmanın yenidən elan olunub-olunmayacağı ilə bağlı məlumat açıqlanmayıb.
Ayaz