ÖZ XƏBƏR

10 manatlıq şirkət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən 188 min uddu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Din xadimlərinin II Forumu”nun təşkili ilə bağlı keçirilən satınalma prosedurunun qalibi məlum olub.

32gun.az xəbər verir ki, tenderin qalibi “ONECLICK.AZ” MMC seçilib və şirkət ilə 188.219,44 AZN məbləğində müqavilənin bağlanacağı gözlənilir.

Diqqətçəkən məqamlardan biri odur ki, qalib elan olunan MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Şirkətin hüquqi təmsilçisi isə Elvin Qurbanov Ağabala oğludur.

Hazırda müqavilənin rəsmiləşdirilməsi prosedurları davam edir.

Nilay

Oxşar Xəbərlər