ÖZ XƏBƏR
Saatlı Mərkəzi Xəstəxanasının təmir xidməti tenderini 10 manat kapitallı şirkət qazandı
"Saatlı Rayon Mərkəzi Xəstəxanası" PHŞ tibbi və qeyri-tibbi inventarların səmərəli işləməsi üçün planlı təmir xidmətlərinin və tüstü bacalarının təmizlənməsinin satın alınması üzrə keçirdiyi tenderin nəticələrini açıqlayıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi "SAR TRADE" MMC olub. Qurumla şirkət arasında 41.713 AZN məbləğində müqavilənin bağlanacağı gözlənilir.
Maraqlı məqam odur ki, tenderi udan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. “SAR TRADE” MMC-nin qanuni təmsilçisi Muxtar Kərimov Kərim oğludur.
Ayaz