HADİSƏ
Nazirin birinci müavini vəfat etdi - FOTO (YENILƏNIB)
Bu gecə vəfat etmiş maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə Bakıdakı Qurd Qapısı qəbirstanlığında dəfn edilib.
32gun.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, o cümlədən maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavinləri Elnur Əliyev, Niyazi Səfərov və Sahib Ələkbərov iştirak ediblər.
*** 10:08
Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə vəfat edib.
32gun.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, İlqar Fətizadə 1999-cu ildən Maliyyə nazirinin birinci müavini idi.
