HADİSƏ
"Qazprombank"ın vitse-prezidenti və ailəsi QƏTLƏ YETİRİLİB (FOTO)
“Qazprombank”ın keçmiş vitse-prezidentinin ailəsi Moskvada qətlə yetirilib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskvada “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin ailəsi qətlə yetirilib. Faciə Universitet küçəsindəki evdə baş verib. İlkin versiyaya görə, Avaev həyat yoldaşını və 13 yaşlı qızını güllələyib, sonra isə intihar edib. Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova NEWS.ru-ya bu məlumatı təsdiqləyib.
Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin rəisi Andrey Strijov və onun müavini Sergey Yaroş hadisə yerinə gedib. Faktla bağlı cinayət işi başlanıb. İvanova bildirib ki, hadisə yerində məhkəmə-tibb ekspertləri işləyir.
Nurlan Şiraliyev