HADİSƏ

Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Göyçayda kütləvi zəhərlənmə olub.

32gun.az istinadən xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki "Zeynəb" restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir

Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır. (lent.az)

Oxşar Xəbərlər