HADİSƏ

15 yaşlı qız itkin düşdü - FOTO

Bakıda yeniyetmə qız itkin düşüb.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan 15 yaşlı Məmmədova Nilüfər Elxan qızı martın 29-da yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Onun barəsində məlumatı olan şəxslərdən Xəzər rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Həmçinin, N.Məmmədovanın yeri barədə Nazirliyin "102" Xidməti Zəng Mərkəzinə də zəng edərək məlumat verə bilərsiniz.

Oxşar Xəbərlər