HADİSƏ

Ayağı metronun qapısına ilişdi, qatar sürüklədi – ŞOK VİDEO

Rusiyanın paytaxtı Moskvada metrodan enərkən ayağı qapıya ilişən sərnişin platformada sürüklənib.

32gun.az-ın xarici mediaya istinadən məlumatına görə, ayağı ilişən qadın qapını açmaq istəyərkən platformaya yıxılıb və ətrafdakılar onun köməyinə qaçıblar. 

Qadının ayağını ilişən yerdən çıxarmaq üçün gərgin cəhdlər edilərkən metro hərəkətə gəlib və o, sürüklənməyə başlayıb.

Maşinist bir müddət sonra vəziyyəti anlayaraq metronu dayandırıb.

Yaralı qadın xəstəxanaya aparılıb. //manset.az
 

Oxşar Xəbərlər