HADİSƏ

Polad Bülbüloğlu Bakıda qəza törədib? - VİDEO (YENİLƏNİB)

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətməsinə münasibət bildirib.
 
32gun.az
xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan hadisə ilə bağlı quruma sürücülər tərəfindən məlumat verilməyib:

“Hadisə zamanı heç bir avtomobilə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşıblar. Bu vəziyyətdə inzibati xəta tərkibi yaradan hal isə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) maddənin tələbinin pozulmasıdır”.

“Qəza zamanı maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, burada əlavə qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə o qeyd edib.

17:02

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətdiyinə dair yayılan görüntülərə münasibət bildirilib. 

Oxu.Az-a açıqlama verən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı, səfirin köməkçisi belə bir hadisənin olmadığını qeyd edib:

“Xeyr, bu, düzgün məlumat deyil. Hazırda Polad müəllim Bakı şəhərindədir, biz onunla mütəmadi əlaqə saxlayırıq. Hər şey qaydasındadır. Narahat olduğunuz üçün çox sağ olun. Yayılan məlumat dəqiq deyil”.

*** 16:45

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib. 

32gun.az Oxu.az-a istinadən xəbər verir ki, Polad Bülbüloğlu idarə etdiyi “BMW” markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşına arxadan vurub.

Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.

Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.

Oxşar Xəbərlər