HADİSƏ

Uşaq bağçasına hücum edən şəxs İNTİHAR EDİB (YENİLƏNİB)

Ulyanovsk vilayətində uşaq bağçasında uşaqlara hücum edən cinayətkar intihar edib.

32gun.az xəbər verir ki, bu barədə vilayətin keçmiş qubernatoru, Dövlət Dumasının deputatı Sergey Morozov bildirib. 

Morozov daha əvvəl qeyd edib ki, müəllim və iki uşaq həlak olub, daha bir qadın isə yaralanıb. O, VKontakte sosial şəbəkəsində "Yetkin bir kişi sakit bir saatda Veshkaymdakı Ryabinka uşaq bağçasına girdi, dayəni və bir neçə uşağı güllələdi" deyə paylaşım edib.

Nurlan Şiraliyev

*** 14:34

Rusiyada naməlum şəxs uşaq bağçasına hücum edib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Ulyanovsk vilayətində baş verib.

Kişi “İJ-27” silahla uşaq bağçasına gəlib, iki uşağı və dayəni güllələyərək öldürüb. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində cinayətin motivini müəyyən edilir.

Oxşar Xəbərlər