HADİSƏ

Azərbaycanda evə BASQIN: qadını bıçaqla qorxudub...

Aprelin 23-də saat 5 radələrində Sumqayıt şəhəri, “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gələn 4 nəfər onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talayıb. 

32gun.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyən edilərək saxlanılıblar

Oxşar Xəbərlər