HADİSƏ

Azərbaycanda kafedə dava: Bir nəfər bıçaqlandı

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.

32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, kafedə müştəri olan 1987-ci il təvəllüdlü Musayev Ramil Bağı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Oxşar Xəbərlər