DÜNYA

Bu universitedə idman müəllimi işləyən qocadan DƏHŞƏTLİ ƏMƏL! Qızları çılpaq gəzdirir və ... (FOTO+VİDEO)

Volın Universiteti qadın voleybol komandasının məşqçisi Boquslav Qalitskiyə qarşı Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. 

Dünya çempionu əvvəllər zorlamaya görə həbs edilib.

Lutsk qadın voleybol komandasının 72 yaşlı məşqçisi səlahiyyət və təsir imkanlarından istifadə edərək, himayəsində olan qızları alçaldıb və qorxudur, onları çılpaq gəzməyə və ədəbsiz hərəkətlər etməyə məcbur edirmış. Bu barədə Volın vilayəti üzrə Milli Polisin mətbuat xidməti məlumat yayıb.

İndiyədək yetkinlik yaşına çatmayan beş zərərçəkmiş məlumdur.

Boquslav Qalitski Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Xüsusilə, söhbət azyaşlıların zorlanmasından, yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığın törədilməsindən və yetkinlik yaşına çatmayanlara qarşı təhqiedici davranışlardan gedir. Baş məşqçi bu əməllərə görə iyulun 8-də şübhəli elan edilib.

Əlavə edək ki, Qalitskini 12 ilə qədər həbs gözləyir. Bu il iyunun sonunda zərərçəkən voleybolçuların valideynləri idman məktəbinin rəhbərliyinə kollektiv ərizə yazaraq, cinayətlər barədə məlumat veriblər. Polis məşqçinin iş yerində axtarış aparıb. İdman kompleksinin hamamından onlarla dildos, vibrator və digər cinsi stimullaşdırıcı vasitələr aşkar edilib

Oxşar Xəbərlər