MƏDƏNİYYƏT - ŞOU
Məşhur şounun aktyoru Bakıya gəlir
"Tolgshow" proqramının tanınmış aktyoru Tolga Çevik Azərbaycana gəlir.
32gun.az xəbər verir ki, bu barədə o, öz "Instagram" hesabında paylaşım edib. Aktyor bildirib ki, sentyabrın 17-si, saat 20:00-da Bakı Konqres Mərkəzində çıxış edəcək.
Sənətçi sevincini izləyicilərlə bölüşərək "Ən sonda, gözəl dostlarla möhtəşəm bir axşam yaşamaq üçün Bakıda olacağam" - qeydini edib.

