Rusiya sərhədçiləri İran vətəndaşını tutub Ermənistana təhvil verdi
Ermənistan Milli Təhlükəsizlik Xidməti İran vətəndaşını qanunsuz olaraq İran ərazisinə keçməyə cəhd etdiyi üçün həbs edib.
Qaynarinfo bu haqda məlumatı Sputnik Ermənistan-a istinadla verir.
MTX-nin mətbuat mərkəzindən verilən məlumata görə, hadisə avqustun 19-da baş verib.
Reklamınızı SmartBee ilə effektiv edin.
Qeyd olunur ki, İran vətəndaşı Meqri keçid məntəqəsindən yan keçərək Rusiya FTX-nin Ermənistandakı Sərhəd Mühafizə İdarəsinin mühəndis-texniki maneələrini dəf edərək müvafiq sənədləri olmadan Ermənistanı tərk etməyə cəhd edib. Lakin Rusiya sərhədçiləri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində o, saxlanılaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi açılıb, iranlı həbs edilib.