"Azərbaycan "44 günlük Vətən Müharibəsi"ndə zəfər çaldıqdan sonra Ermənistana sülh əlini uzatdı. Və regionda uzunmüddətli dayanıqlı sühün əldə edilməsi üçün 3+3 formatında əməkdaşlıq təklif etdi.
Ancaq təəssüflər olsun ki, bəzi region dövlətləri o cümlədən, İran açıq formada Ermənistanı dəstəkləyərək seperatçılara öz köməkliklərini göstərdilər".
Bunu Millət vəkili Naqif Həmzəyev Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə 32gun.az-a danışarkən deyib.
Millət vəkili qeyd edib ki, hətta qanunsuz, Azərbaycan tərəfinin icazəsi olmadan rus sülhməramlılarının nəzarətində olan ərazilərə, yəni Azərbaycan torpaqlarına İran vətəndaşlarının da səfərlərinin təşkil edildiyi sübut olundu və həmin şəxslərin böyük ehtimalla məhz seperatçıların təlimlərinə dəstək məqsədilə bu səfəri həyata keçirdikləri ehtimal edilməkdədir.
"Bir sözlə İran açıq formada Ermənistanı və Ermənsitanın separatizm fəaliyyətini dəstəkləyir, Ermənistana silah-sursat həmçinin, hərbçilərin yetişdirilməsinə dəstək göstərir.
Mediada belə bir məlumat daxil oldu ki, İran Qarabağa dəstək göndərmək istəyir, Qarabağdakı separatçı qüvvələrin gücünə güc qatmaq istəyir. İstənilən halda belə bir hal ola bilməz. Olacağı təqdirdə, Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatları keçirəcəkdir. Və bu ərazilərdə fəaliyyət göstərən bütün qanunsuz silahlı birləşmələr ən qısa zamanda bu əraziləri tərk etmək məcburiyyətində qalacaqdır.
Son dövrdə Ermənistan tərəfindən həyata keçirilən təxribatların sayı artmaqdadır. Atəşkəs mütəmadi olaraq pozulur. Xüsusilədə Avropa İttifaqının nəzarət missiyasının Ermənistan əraziinə gəlməsi, şərti Azərbaycan-Ermənistan ərazisində müşahidələr aparması Ermənistanı müəyyən dərəcədə cəsarətləndirib. Amma Ermənistan unutmasın ki, "44 günlük Vətən Müharibəsi"ndən sonrada Azərbaycan öz Silahlı Qüvvələrinin potensialını daha da artırıb, komando tipli hərbi hissələr və birləşmələr yaradıbdır, Türk Silahlı Qüvvələrinin mini modelini Qarabağda, Şərqi Zəngəzurda formalaşdırıb. Bir sözlə Azərbaycan "44 günlük Vətən Müharibəsi"ndən sonra qat-qat öz gücünü daha da artıra bilibdir, Silahlı Qüvvələrimiz daha professional şəkildə döyüşə hazırdır. Bu səbəbdən də Ermənistan hansısa kənar qüvvələrin qızışdırıcı fikirlərinə və yaxud açıqlamalarına məhəl qoymamalıdır. Onlar ən qısa zamanda Azərbaycanla sülh anlaşmasını imzalayıb, regionda uzunmüddətli və dayanıqlı sülhə nail olmalıdırlar. Əks təqdirdə baş verə biləcək növbəti irimiqyaslı toqquşmalar və ya xud hansısa təxribat lar Ermənistanın müstəqilliyini sual altına ala bilər. Və Ermənistan uzun illər bu problemi həll etmək iqtidarında olmaya bilər. Bir sözlə Ermənistan Azərbaycan tərəfinin irəli atılmış sülh əlini məncə düzgün dəyərləndirməli və sülh anlaşması olmalıdır. İran və digər qüvvələrin Ermənistanı qıışdırması nəticə etibarilə Ermənistanın ziyanınadır".
Nurlan Şiraliyev