Məşhur aktrisa ərindən boşanır - Cinayətkar qruplaşma yaratmaqda ittiham olunmuşdu
"Gelsin Hayat Bilirsən Bilir" serialında rol alan və hazırda "Yaz şarkısı"serialı ilə ekranlara qayıtmağa hazırlaşan Nilsu Berfin Aktaşın bir müddətdir evli oduğu Serdar Sertçelikdən boşanacağı xəbəri yayılıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bir müddətdir həyat yoldaşından ayrı yaşayan Nilsu Berfin Aktaş boşanma davası açmağı vəkilinə tapşırıb.
Aktaşın bu qərarına əsəbiləşən Sertçelik sosial media hesabında bir-birinin ardınca paylaşım edib.

Sertçelik daha sonra “Məndən ayrılmaq istədiyi üçün ona olan sevgimdən və onu itirmək qorxusundan dolayı onunla bağlı real olmayan paylaşımlar etdim. Allah bağışlasın”.

Qeyd edək ki, Nilsu Berfin Aktaşın əri cinayətkar qruplama yaratmaq və dələduzluq etmək ittihamı ilə həbs edilib. Daha sonra S.Aktaşın həbsdən çıxdığı və xaricə qaçdığı iddia edilib.
Nilay