MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Azərbaycan Mədəniyyətinin ÜÇ NƏHƏNGİ BİR ARADA
Azərbaycan incəsənətinin parlaq simalarını bir araya gətirən nadir tarixi fotolardan biri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
32gun.az bildirir ki, 1948-ci ildə Bakıda lentə alınan bu görüntüdə görkəmli komediya ustası Lütfəli Abdullayev, əfsanəvi müğənni Rəşid Behbudov və tanınmış bəstəkar Andrey Babayev yer alıb. Üç korifeyin səmimi dostluğunu əks etdirən bu foto, milli musiqi və teatr tariximizin qızıl dövründən xəbər verir. Hər biri öz sahəsində məktəb yaratmış bu sənətkarların gənclik illərinə aid olan fotoşəkil, izləyicilər tərəfindən nostalji hisslərlə və rəğbətlə qarşılanıb. Bu kadr, Azərbaycan mədəniyyətinin zəngin irsini gələcək nəsillərə ötürmək baxımından böyük mənəvi dəyər daşıyır.
Nilay