"Kasıbla işim yoxdur, kişinin cibindəki pul maraqlıdır" - Məşhurdan ŞOK açıqlama
Açıqlamaları və şəxsi həyatı ilə tez-tez gündəmdə olan astroloq və yazıçı Nuray Sayarı Haberler.com-un YouTube kanalında yayımlanan "Haber Bahane" verilişinin qonağı olub. 31 illik həyat yoldaşı Aşkın Sayarıdan 2 il əvvəl zorakılıq səbəbilə boşanan Sayarı qalmaqal yaradacaq açıqlamalar verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, səmimi açıqlamalar verən məşhur yazıçı maddi vəziyyəti yaxşı olmayan bir adamın yanında olmayacağını bildirərək, bunları deyib:
"Mənim kasıb kişi ilə işim yoxdur! Kasıb istəmirəm. Onun sevgisi bizə nə verir?
Mən bundan sonra kişiyə baxacam? Kasıb gəlirsə, heç vaxt gəlməsin. Mən kasıb istəmirəm, məntiqli adamam. Kişinin cibindəki pula yox, gözünün içinə baxacağam? Mən pulu yox, gücü sevirəm. Kim pulu sevməz?
Dostum və ya ərim olmasın, mənim pulum olsun.
Gecəqondudan bina evinı gəlin köçəndə çox əzildim. İşləyib bir yerlərə yüksəldim, bundan sonra kişiyə baxa bilmərəm”.
Ayxan