15 aprel 1912-ci ildə aysberqə çırpılan və 1514 nəfərin ölümünə səbəb olan "Titanik" gəmisinin qalıqlarını göstərmək üçün turistik məqsədlər üçün istifadə edilən sualtı qayıq Atlantik okeanında yoxa çıxıb.
32gun.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, vasitədə nə qədər turistin olduğu hələlik məlum deyil.
Qeyd edək ki, kiçik sualtı qayıqlar tez-tez turistlərə Titanikin qalıqlarını göstərmək üçün dalğıc təcrübəsi təklif edir, turistlər isə bunun üçün on minlərlə dollar ödəyir.
Ayxan