Əvvəlki dövrdə “Qalatasaray”ın vitse-prezidenti vəzifəsində çalışmış vəkil Rezan Epözdemir Türkiyə futbolunda gündəmi sarsıdan fırıldaq hadisəsinə aydınlıq gətirib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Epözdemir fırıldaqçılıq hadisəsində futbolçuların nə qədər pul itirdiyini paylaşıb.
Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və Selçuk İnan kimi adların da yer aldığı fırıldaq istintaqı ilə bağlı vəkil Rezan Epözdemir açıqlama verib.

343 adlı verilişin qonağı olan Epözdemir Bank Tənzimləmə və Nəzarət Təşkilatından (BDDK) hesabat gözlədiklərini bildirib.
Epözdemirin bildirdiyinə görə, fırıldağa məruz qalan adlar və məbləğlər belədir:

Arda Turan: 7,5 milyon dollar

Emre Belözoğlu: 4,5 milyon dollar

Emre Çolak: 3,2 milyon dollar

Selçuk İnan: 1,6 milyon dollar

Fernando Muslera: 500 min dollar

Tərcüməçi Mert Çətin: 75 min dollar

Epözdemir Fatih Terimlə bağlı məbləği açıqlamayıb.

Xatırladaq ki, İstanbuldakı bir bankın Levent Büyükdere Caddesi Şöbəsinin müdiri
Seçil E aprelin 11-də “özəl qapalı fond” sistemi ilə futbol dünyasının adlarını aldatdığı iddiası ilə həbs edilmişdi.
Bank müdiri açıqlamasında birjada və səhmlərdə itkiyə məruz qaldıqdan sonra zərərinin artdığını, etibar etdiyi adamlardan investisiya vəd edərək pul almağa başladığını və 2021-ci ildən sonra çıxılmaz vəziyyətə düşdüyünü qeyd etmişdi .
AYxan