Türkiyəli gənc fubolçu Arda Gülərin Madridə getmək üçün Atatürk Hava Limanına getməsindən bir neçə dəqiqə sonra "Real Madrid"in "Twitter" hesabında türk dilind paylaşımı edilib.
32gun.az bildirir ki, Yazıda "Yükleniyor" sözü yazılıb.
Gülərin səhhəti yoxlanıldıqdan sonra ispan nəhəngi ilə müqavilə imzalaması gözlənilir. Gülərin təqdimatı sabah baş tutacaq.
Xatırladaq ki, Arda Güler 2019-cu ilin yayından "Fənərbağça"da forma geyinir. Türkiyə millisinin və "Fənərbağça"nın futbolçusu Arda Güler bu yay İspaniyanın "Real Madrid" klubuna keçməyə qərar verib. 18 yaşlı yarımmüdafiəçinin müqavilə bağlandıqdan sonra mövsümöncəsi Karlo Ançelottinin komandasına qoşulacağı gözlənilir.
Gülerin İstanbul təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsində "Fənərbaxça"nın tələb etdiyi 17,5 milyon avroluq sərbəst qalma maddəsi var. Madrid təmsilçisi Güleri kluba gətirmək üçün bu məbləğdən daha çox pul ödəməyə hazır olduğu bildirib.
Həmçinin "Fənərbağça" gənc oyunçunun sonrakı satışından 20 faiz pay alma müddəasını daxil edib.
Ayxan