13 yaşlı aktrisa İbrahim tatlısəsin cavabını belə verdi (FOTO)
Sosial şəbəkədən aktiv istifadə edən İbrahim Tatlısəs 13 yaşlı aktrisa Beren Gökyıldızın arıqlaması lazım olduğunu bildirib.
32gun.az xəbər veirr ki, o bununla bağlı "Tvitter"da paylaşı edib.
"Yeşil Vadinin Kızı" serialının baş rol ifaçısı Beren Gökyıldıza arıqlaması ilə bağlı xəbərdarlıq edən Tatlısəs ""Yeşil Vadinin Kızı"nın 5-6 kilo arıqlaması lazımdır. Arıqlayanda yanaqlarının şişməsi də azalacaq. Gözəl qızımızı Ankarada professorun kababxanasında gördüm, inşallah kabab həvəsi uzun sürməz. Qardaşının sözünə qulaq assa, sevinərəm, yaxşı işlə, qızım, səni izləyirəm" dedi.
İbrahim Tatlısəsin paylaşımı istifadəçiləri ikiyə bölüb. Bəziləri Tatlısəsin dediklərini yanlış hesab etsə də, bəziləri xəbərdarlığı dəstəkləyib.
İmperatorun paylaşımına Beren Gökyıldızın cavabı gecikməyib. Gökyıldız Tatlısəsin danışdığı kababxanada birlikdə çəkilmiş fotonu paylaşıb və "Sözügedən kababçı" deyərək ürək emojisi qoyub.
Ayxan
