Ötən mövsüm Çempionşipdə 101 xalla çempionluq qazanan və İngiltərə Premyer Liqasına yüksələn "Bernli" daha bir sabiq "Beşiktaş" futbolçusunu heyətinə qatmağa hazırlaşır.
Bu gün “ağ-qaralar”la müqaviləsini yeniləməyəcəyini açıqlayan və azarkeşlərlə vidalaşan britaniyalı cinah oyunçusu Natan Redmond bu mövsüm Premyer Liqada mübarizə aparacaq “Bernli”yə transfer olunur.
32gun.az bildirir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, Natan Redmond Premyer Liqanın yeni komandası "Bernli" ilə transfer danışıqlarına başlayıb.
Yamayka əsilli britaniyalı cinah oyunçusu ötən mövsüm “Beşiktaş”ın heyətində 28 rəsmi matçda forma geyinib və birbaşa olaraq 12 qola (6 qol – 6 məhsuldar ötürmə) töhfə verib.
Ötən mövsümün ilk yarısında "Beşiktaş"da çıxış edən Vout Veqorst da "Bernli"nin heyətində yer alıb. Hollandiyalı hücumçu "Mançester Yunayted"in ifadəsini almadığı üçün tünd qırmızı-mavi kluba qayıdıb
Ayxan
