İDMAN ÖZ XƏBƏR

"Fənərbaxça" keçmiş "Qalatasaray"lını aldı

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Fənərbaxça" daha əvvəl "Qalatasaray" formasını geyinmiş, daha sonra Marselə yollanan gənc futbolçu Bartuğ Elmazı heyətinə cəlb edib.

32gun.az xəbər verir ki, bu barədə "fənərbaxça" rəsmi açıqlama yayıb. 

"Sarı-göylü" klubdan verilən açıqlamada "Klubumuz Bartuğ Elmazın transferi üçün Marsel klubu və futbolçu ilə razılığa gəlib. Bartuğ Elmaza "Ailəmizə xoş gəlmisiniz" deyir, "Fənərbaxça" və "Sarı Donanma"mıza bol qələbələr və çempionluqlar arzulayırıq" deyə bildirilib. 

Ayxan

Oxşar Xəbərlər