İDMAN ÖZ XƏBƏR

“Qalatasaray”ın yeri ÇL-dir”

 

"Qalatasaray"ın yeri Çempionlar Liqasındadır".

32gun.az xəbər verir ki, bunu "Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu Çempionlar Liqasının seçmə mərhələsində oynayacaqları "Zalgiris" matçı öncəsi verdiyi açıqlamasında deyib.

"Bu, bizim klub mədəniyyətimizdədir. Biz bunun şüurundayıq. Rəqibimizə hörmət edirik. Rəqibimizin güclü tərəfləri var.Biz bunu yaxşı təhlil etdik. Çətin matç olacaq. İnşallah, “Qalatasaray”a yaraşdığı kimi mübarizə aparıb, ikinci matçda da üstün hesab qazanacağıq" deyə futbolçu qeyd edib.

Ayxan

Oxşar Xəbərlər