İDMAN ÖZ XƏBƏR

"Qalatasaray" Vilfrid Zahanın qiymətini açıqladı

"Qalatasaray" yeni transferi Vilfrid Zahanın illik xərcini açıqlayıb.

32gun.az bildirir ki, "Sarı qırmızılar" Zahaya 3 mövsümlük müqavilə imzaladığını və illik 4 milyon 350 min avro ödənəcəyini açıqlayıb.

Peşəkar futbolçu Dazet Vilfried Armel Zaha ilə 3 mövsümlük razılıq əldə olunub.

Müqaviləyə əsasən, oyunçuya 2.330.000 Avro xalis imza haqqı ödənilib. Hər futbol mövsümü üçün 4.350.000 Avro xalis mövsümi ödəniş ödəniləcək.

Ayxan

Oxşar Xəbərlər