Superliqa komandalarından "Konyaspor"un bosniyalı qapıçısı İbrahim Şehiçin Səudiyyə Ərəbistanının "Əl-Khaleej" komandasına transfer olunub.
32gun.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.
"Yaşıl-ağlar"dan "Uğurlar, kapitan!" sərlövhəli elanda "Klubumuz və Səudiyyə Ərəbistanının Əl-Khaleej komandası futbolçumuz İbrahim Şehiçin transferi ilə bağlı razılığa gəliblər. Üç mövsüm Konyasporumuzun qapısını uğurla qoruyan və xidmətdə olan Şehiçə təşəkkür edirik. Komandamızın kapitanı olaraq klubumuz üçün göstərdiyi səylərə görə ona karyerasında uğurlar diləyirəm" ifadələri işlədilib.
Türkiyədə "Mersin İdmanyurdu", "Ərzurumspor" və "Konyaspor"un formasını geyinən 34 yaşlı təcrübəli qolkiper yaşıl-ağlılar klubunda keçirdiyi 3 mövsümdə 99 matçda forma geyinib və bu matçların 30-nun qolunu bağlamağı bacarıb.
Ayxan