Türkiyə voleybol üzrə milli komandasının üzvü Hande Baladina sosial şəbəkə hesabından təhdid mesajları göndərdiyi iddia edilən şəxs saxlanılıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Mustafa.N sosial şəbəkədə Hande Baladin və komandasına qarşı təhdid xarakterli paylaşımlar edib.
Baladin təhlükəsizliyindən narahat olduğu üçün cinayət işi qaldırıb. Polis şübhəli şəxsi tutub. Saxlanılan şəxs məhkəməyə aparıb.
Texniki işçi olaraq çalışdığı Bakırköy Ruhi Əsəb Xəstəxanasında da qeydinin olduğu aşkarlanan şübhəli "silahla hədələmək" ittihamı ilə gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Ayxan