İDMAN ÖZ XƏBƏR

Ulduz futbolçu rəqibinin ayağını sındırdı (FOTO)

"Argentino Juniors" və "Fluminense" komandaları arasında keçirilən Libertadores Kuboku mübarizəsində 35 yaşlı ulduz futbolçu Marselo driblinq etmək istəyərkən rəqibinin ayağını sındırıb.

32gun.az bildirir ki, bu vəziyyətdən sonra qırmızı vərəqə ilə cəzalanan Marselo göz yaşlarına boğulub.

Bu hadisədən sonra başda Marselo olmaqla bir çox futbolçu və azarkeş göz yaşlarını saxlaya bilməyib, 35 yaşlı futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb və meydanı tərk edərkən ağlayaraq görüntülənib.

Ayağı qırılan Sançesin stadiondan xərəklə çıxarkən xəstəxanaya aparılıb. 

Daha sonra sosial media hesabından açıqlama verən Marselo  “Bu gün matçda çox çətin vəziyyətdən keçməli oldum. Mən təsadüfən həmkarımı yaraladım. Tezliklə sizə cansağlığı arzulayıram” deyə qeyd edib. 

Xatırladaq ki, 35 yaşlı ulduz futbolçu Marselo "Olimpiakos"la keçirdiyi macəradan sonra Braziliya Liqası komandalarından olan "Fluminense"yə transfer olunub.

Ayxan

Ekran görüntüsü 2023-08-02 134938

Ekran görüntüsü 2023-08-02 135030

Oxşar Xəbərlər