UEFA Çempionlar Liqasının A qrupunda "Qalatasaray"ın "Mançester Yunayted"i 3:2 hesabı ilə məğlub etdiyi matçda komandasının ilk qolunu vuran Vilfrid Zaha matçdan sonra açıqlamalar verib.
32gun.az xəbər verie ki, futbolçu mətbuata açıqlamasında bu mənim üçün gerçəkləşən bir xəyaldır deyə qeyd edib:
"Çempionlar Liqasında oynamaq və qol vurmaq... Bu gecə böyük gecədir. Bu komandanın inamı var. Bu heyət haqqında bildiyim bir şey varsa, o da idi ki, biz rəqibi məğlub etməyə qadir komandayıq. "Qalatasaray" azarkeşləri məni çox sevir. Onlar məni oynamayanda da, zədəli olanda da sevib. Əgər hansısa klub məni sevirsə, meydanda qarşılığında həmin sevgini göstərmək üçün əlimdən gələni erməliyəm”.
Ayxan