İDMAN
Məşhur futbolçu millimizin heyətindən ÇIXARILDI
Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.
32gun.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.
“Neftçi”nin oyunçusu AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin kollektivi bundan üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.