İDMAN ÖZ XƏBƏR

 "Fənərbaxça" rəhbərliyi Acun Ilıcalı ilə görüşəcək - O futbolçu üçün

 "Fənərbaxça" rəhbərliyi yarımmüdafiə mövqeyini gücləndirmək üçün hərəkətə keçib.  

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, "Sarı-göylülər" 2019-cu ildə "Qalatasaray"da çıxış edən Mişel Serini heyətinə qatmaq fikrinı düşüb. 

Bekə ki, İsmail Kartal Türkiyəni tanıyan, komandanı maddi cəhətdən çətinliyə salmayacaq bir futbolçu istəyib.  Menecerlər tərəfindən M.Serinin "Fənərbağça"ya tövsiyə edilməsindən sonra İsmail Kartal bu transferə yaşıl işıq yandırıb.

Karyerasını İngiıtərənin  “Hall Siti” klubunda davam etdirən Mişel Serini üçün tezliklə klubun rəhbəri, məhur aparıcı Acun Ilıcalı ilə görüş keçiriləcək. 

Fasilə zamanı Serini heyətinə qatmağı planlaşdıran "sarı-göylülər"in vəziyyətdən asılı olaraq 6 aylıq icarə təklifi də edə biləcəyi də iddia edilir. 

Ayxan 

b25lY21zOjBkNzQzNzEyLTFkYTItNGEyZC04MzgzLTBlMzkwZWM5NzQxZjo3ZDY4Zjc4NC00YjM0LTQ5ZDgtOTNmNS0xOWQxZjI1NTgwMzE=

Oxşar Xəbərlər