İDMAN ÖZ XƏBƏR

“Ordumuz hər zaman "Dəmir Yumruq" kimi güclüdür” - “Ağ Canavar”

"Rəşadətli Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində ordumuz hər zaman "Dəmir Yumruq" kimi güclüdür.

Necə ki, 44 günlük müharibədə biz bunu sübut etdik.

Eləcə də, son lokal antiterror tədbirləri zamanı...

Cəmi 23 saat 43 dəqiqə ərzində Separatçılar təslim oldu xəbərini aldıq". 

Bu fikirləri Kikboks üzrə 26 qat dünya və dəfələrlə Avropa çempionu, əməkdar idman ustası və əməkdar məşqçi, "Ağ Canavar" ləqəbli Eduard Məmmədov 32gun.az- açıqlamasında səsləndirib.

Həmçinin DİN-nin polis polkovnik-leytenantı, nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsində çalışan E.Məmmədov sözlərinə belə davam edib:

"Mən idmançı kimi bayrağımızı dünya arenalarında qaldırıb himmninizi səsləndirdiyim üçün və Azərbaycan Polisində xidmət etdiyim üçün fəxr edirəm.

Şəhidlərimizə Allah rəhmət etsin, ailələrinə səbr diləyirəm. Qazi qardaşlarımıza isə Allah Şəfa versin. Biz də bu vətənin oğlu olaraq daim onların yanındayıq. 

Yaşasın Ordumuz, yaşasın Ali baş komandanımız. 

QARABAĞ AZƏRBAYCANDIR!"

Ayxan

Oxşar Xəbərlər