Trendyol Superliqasının 9-cu həftəsində oktyabrın 23-ü bazar ertəsi evdə "Korendon Alanyaspor"la qarşılaşacaq "Trabzonspor"da Bjelikanın yerinə komandanın başına Abdullah Avcı təyin olunub. Bununla da onun rəhbərliyi ilə 233 gündən sonra "tünd qırmızı-mavililər" yenidən meydana çıxır.
32gun.az Türkiyə KİV-n istinadən xəbər verir ki, komanda ilə matça hazırlaşan təcrübəli çalışdırıcının maaşı klub tərəfindən yayılan bəyanatda açıqlanıb.
Bəyanatda bildirilib ki, Avcı "Trabzonspor"dakı ikinci dönəmində illik 40 milyon TL (1,3 milyon avro) qazanacaq.
"2024-2025 mövsümü üçün zəmanət haqqı olaraq, məbləğ əvvəlki mövsümdə ödənilən əmək haqqını (CPI + PPI) artıraraq əldə ediləcək / 2, 50%-dən çox olmayan dərəcə."-deyə qeyd edilib.
Ayxan