Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov avstraliyalı Aleksandr Volkanovskiyə şəxsi keyfiyyətlərinə görə çox hörmət etdiyini bildirib.
32gun.az xəvər verir ki, idmançı bu barədə "instagram"da məlumat yayıb:
“Biz Aleksə çox hörmət edirik və ona ən yaxşısını arzulayırıq. O, çox gözəl insan və böyük ürəkli böyük çempiondur”, - Nurməhəmmədov İslam Maxaçovun Volkanovski ilə birgə fotosuna şərh verib.
Qeyd edək ki, Oktyabrın 21-də Maxaçov Abu Dabidə keçirilən turnirdə Volkanovskini ikinci dəfə məğlub edərək onu ilk raundda nokaut edib. Fevral ayında rusiyalı avstraliyalıya qarşı mübarizədə püşklə qalib gəlib.
Ayxan