İDMAN ÖZ XƏBƏR

“Spartak”ın Stankoviçlə neçənci il müqavilə imzaladığı məlum olub

Moskva "Spartak"ının yeni baş məşqçisi olan serbiyalı mütəxəssis Deyan Stankoviçlə 2 illik müqavilə imzalanıb.

32gun.az xəvır verir ki, bu barədə "qırmızı-ağlar"ın mətbuat xidməti klubun rəsmi saytında məlumat yayıb .

Stankoviç bosniyalı Vladimir Sliskoviçin müvəqqəti baş məşqçi olduğu cari mövsümün sonunda vəzifəsinin icrasına başlayacaq.

Stankoviç 2013-cü ildə karyerasını başa vurub, bundan sonra "Udineze", "İnter", "Srvena Zvezda", "Sampdoriya" və "Ferençvaros"da müxtəlif vəzifələrdə çalışıb.

Bu həftə "Spartak" Rusiya kubokunda çıxışını "Bölgələr yolu"nun finalında Kalininqrad "Baltika"sına uduzaraq tamamladı. Mayın 14-də Kalininqrad “Rostec Arena” stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol dördüncü dəqiqədə vurulub - 24 yaşlı kolumbiyalı Kevin Andrade belaruslu hücumçu Vitali Lisakoviçin ötürməsindən fərqlənib.

Rusiya Premyer Liqasının (RPL) turnir cədvəlində "Spartak" 46 xalla 5-ci yerdədir.
Ayxan 

Oxşar Xəbərlər