Litvanın qadınlardan ibarət milli komandası 2025-ci il Avropa çempionatının seçmə mərhələsində Belarus yığması ilə oynamaqdan imtina edib .
32gun.az bildirir ki, bu barədə Litva Futbol Federasiyasının saytı məlumat yayıb .
“Bizə qarşı gözlənilən sanksiyalar tətbiq olundu. Amma indi sanksiyalar və cərimələr əsas problem deyil. Federasiyanın mövqeyini bir daha açıqlamaq vacib idi”, - deyə Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçius bildirib.
2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya milli komandasının , eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib . Ruslar qarşıdan gələn Avropa çempionatını buraxacaqlar. Belarus klubları və milli komandaları neytral meydanlarda beynəlxalq matçlar keçirirlər.
Aprelin 9-da UEFA prezidenti Aleksander Çeferin qurumun Belarusu beynəlxalq turnirlərdən kənarlaşdırmayacağını bildirib .
Ayxan