MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Məşhur aktrisa xəstəxanaya yerləşdirilib
"Vampirin gündəlikləri” (The Vampire Diaries) serialının ulduzu Nina Dobrev xəstəxanaya yerləşdirilib.
32gun.az xəbər verir ki, bu barədə aktrisa İnstaqramda məlumat verib.
Nina Dobrev elektrik velosiped sürdükdən sonra xəstəxanaya yerləşdirilib. Aktrisa birində avtomobildə oturduğunu əks etdirən fotolar yayımlayıb. Başqa bir fotoda məşhur xəstəxana çarpayısında gips və boyun breketi ilə uzanıb. “Hər şey necə başladı və necə bitdi. Mən yaxşıyam, amma qarşıda sağalmaq üçün uzun bir yol var" deyə aktrisa görüntülərinə şərh yazıb.
Nina Dobrev "The Vampire Diaries" serialında Elena Gilbert/Ketrin Pirs rolu ilə məşhurlaşıb. Bir qız və iki vampir arasındakı sevgi üçbucağından bəhs edən layihə 2009-2017-ci illərdə The CW-də yayımlanıb.
Nilay