MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur aktyor və aktrisa evləndi

Rusiyalı aktrisa  26 yaşlı Mila Erşova və aktyor 25 yaşlı Svyatoslav Roqojan Sankt-Peterburqda evləniblər.

32gun.az bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

Məlumatda qeyd edilir li, Mərasim 1 saylı Şadlıq Sarayında baş tutub, daha sonra yeni evlənənlər Sankt-Peterburq ətrafında gəzintiyə çıxıblar. Axşam dostları və ailəsi ilə toy naharının keçirildiyi Grand Hotel Europe-a yollanıblar. Erşova və Roqojan beş ildir ki, birlikdədirlər. Lakin uzun müddətdir ki, münasibətləri rəsmi şəkildə qanuniləşdirmək istəkləri barədə danışmırlar. Bu ilin fevral ayında aktyorlar nişanlandıqlarını açıqlayıblar.

Bildirilir ki, onlar ali təhsil aldıqları Universittdə görüşüblər. Bir az sonra Mila və Svyatoslav "Çətin yeniyetmələr" serialında oynayıblar. Erşova "Pike əmrində" filmindəki rolu ilə məşhurlaşdı.
Roqojan hazırda “Kosmosda yeniyetmələr” adlı layihəyə çəkilir.

Nilay

Oxşar Xəbərlər